Ordu.az xəbər verir ki, bu barədə NNA agentliyi məlumat yayıb.
Livanın Mülki Müdafiə Xidməti bildirib ki, hücum nəticəsində bölgədə ciddi insan itkisi qeydə alınıb. Bundan əvvəl ölkənin digər ərazilərinə də zərbələrin endirildiyi barədə məlumatlar yayılmışdı.
Məlumata görə, Livanın şərqində yerləşən Bəkaa vadisində bir nəfər həlak olub. Ölkənin cənubundakı Tir bölgəsində isə ölənlərin sayı beş nəfərə çatıb.
Hadisənin təfərrüatları araşdırılır.
Sevinc Əliyeva
Ordu.az