Türkmənistan və Malayziya energetika sahəsində əməkdaşlıq üzrə sazişlər zərfini imzalayıblar

2026/06/1781948471.jpg
Oxunub: 203     13:21     20 İyun 2026    
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov və Malayziyanın Baş naziri Ənvər İbrahim Aşqabadda danışıqlar aparıblar.

Ordu.az xəbər verir ki, bu barədə "Orient.tm" portalı məlumat yayıb.

Bildirilib ki, tərəflər neft-qaz və digər sahələrdə əməkdaşlığın inkişafına yönəlmiş sənədlər zərfini imzalayıblar.

S.Berdiməhəmmədov bildirib ki, Malayziyanın "Petronas" şirkəti Türkmənistanda fəaliyyət göstərdiyi illər ərzində ölkənin neft-qaz sənayesinə təxminən 12 milyard dollar investisiya yatırıb. Onun sözlərinə görə, şirkətlə əməkdaşlıq Xəzər dənizinin Türkmənistan şelfində bir sıra iri layihələrin həyata keçirilməsinə şərait yaradıb.

Malayziya lideri öz növbəsində qeyd edib ki, Kuala-Lumpur Türkmənistanla əlaqələrin şaxələndirilməsini hədəfləyir:

"Gələcək iqtisadi əməkdaşlığın diqqət mərkəzində süni intellekt, elmi tədqiqatlar, rəqəmsallaşma və yarımkeçiricilərin istehsalı sahələrində yüksək texnologiyalı layihələr dayanır. Bu sahələrdə də Malayziya qabaqcıl təcrübələrə malikdir".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkmənistan   Malayziya  


Bizi "telegram"da izləyin