ABŞ ilə İran arasında danışıqların daha bir ehtimal olunan tarixi açıqlanıb

2026/04/1775927466.jpg
Oxunub: 795     00:24     18 Aprel 2026    
ABŞ ilə İran arasında danışıqlar hələ rəsmi şəkildə təyin edilməyib, lakin Tramp administrasiyasının yüksək vəzifəli rəsmilərindən biri onların böyük ehtimalla bazar ertəsi Pakistanda keçiriləcəyini bildirib.

Ordu.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazıb.

Rəsminin sözlərinə görə, prezident Donald Trampın danışıqlar komandası görüşdə iştirak etməyə hazırdır.

Ötən həftəsonu keçirilən yüksək səviyyəli danışıqlar isə irəliləyiş olmadan başa çatıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran  


Bizi "telegram"da izləyin