Ordu.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Agentliyin məlumatına görə, “Brent” markalı neftin fyuçersləri 0,5 faiz azalaraq bir barel üçün 94,49 dollara, WTI isə 0,8 faiz azalaraq bir barel üçün 90,59 dollara enib.
Mənbələr danışıqlarda mümkün irəliləyiş əlamətlərini qeyd edirlər. Daha əvvəl Pakistan ordusunun komandanı Asim Munirin Tehrana səfər edərək dialoqun bərpasını müzakirə etdiyi bildirilmişdi.
Bu fonda Asiya bazarları yüksəlib. Cənubi Koreyanın “Kospi” indeksi təxminən 1,9 faiz, Honkonqun “Hang Seng” indeksi 0,68 faiz, Tayvanın “Taiex” indeksi isə 0,48 faiz artıb.
Sevinc Əliyeva
Ordu.az