Ordu.az xəbər verir ki, bu barədə gəmiçilik monitorinq məlumatlarına istinadən “Reuters” məlumat yayıb.
LSEG və Kpler-in məlumatına görə, iki milyon barelə qədər neft daşımaq qabiliyyətinə malik boş RHN VLCC supertankeri çərşənbə günü boğazdan keçib. Onun sonrakı marşrutu hələ müəyyən edilməyib.
Bundan əvvəl İran KİV-ləri bildirmişdi ki, elan edilmiş məhdudiyyətlərə baxmayaraq, ABŞ sanksiyalarına məruz qalan başqa bir supertanker İranın İmam Xomeyni limanına doğru hərəkət edib.
Eyni zamanda, ABŞ Mərkəzi Komandanlığı bildirir ki, əməliyyatın başlanmasından etibarən 10 gəmi yerləşdirilib və heç bir tanker elan olunmuş blokadanı poza bilməyib.
Sevinc Əliyeva
Ordu.az