CENTCOM: İranın blokadаsı davam edir

2026/04/1776163184.jpg
Oxunub: 364     09:56     16 Aprel 2026    
ABŞ Hərbi Dəniz Qüvvələri İran limanlarının və Hörmüz boğazının blokadasını davam etdirir.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) "X" hesabında məlumat verilib.

"ABŞ hərbçiləri İran limanlarına daxil olan və ya oradan çıxan gəmilərin ABŞ tərəfindən blokadasını dəstəkləmək üçün regional suların monitorinqini və patrul xidmətini davam etdirir", - məlumatda bildirilib.

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp Çinlə münasibətləri qorumaq üçün Hörmüz boğazını həmişəlik açdığını bəyan etsə də, bu qərar rəsmi təsdiqini tapmayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: CENTCOM   İran  


Bizi "telegram"da izləyin