Çinin xarici işlər naziri İranı Hörmüz boğazında gəmiçiliyi bərpa etməyə çağırıb

2024/06/1718082696.jpg
Oxunub: 346     09:59     16 Aprel 2026    
İranın xarici işlər naziri Abbas Əraqçi ilə telefon danışığı zamanı Çinin xarici işlər naziri Van İ Hörmüz boğazında gəmiçiliyin normal fəaliyyətinin bərpa olunmasına çağırıb.

Ordu.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Çin Xarici İşlər Nazirliyinin məlumatına görə, Van İ İranın suverenliyi və təhlükəsizliyinə hörmət edilməsinin vacibliyini vurğulamaqla yanaşı, gəmiçiliyin azadlığı və təhlükəsizliyinin təmin edilməsinin də zəruri olduğunu bildirib.

O qeyd edib ki, beynəlxalq ictimaiyyət boğazda sabitlikdə maraqlıdır. Van İ əlavə edib ki, Çin regionda gərginliyin azaldılması və münasibətlərin yaxşılaşdırılması üçün səylərini davam etdirməyə hazırdır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   İran   Hörmüz  


Bizi "telegram"da izləyin