Yunanıstan səmasında stels tipli ABŞ pilotsuz uçuş aparatı müşahidə edilib

2026/03/1773902534.jpg
Oxunub: 351     09:53     16 Aprel 2026    
Larisa şəhərinin səmasında “Northrop Grumman” şirkətinin “Scaled Composites” bölməsi tərəfindən hazırlandığı ehtimal edilən stels tipli RQ-180 kəşfiyyat pilotsuz uçuş aparatı müşahidə olunub.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

“Techkult”un məlumatına görə, əvvəlki modellərdən fərqli olaraq, RQ-180 qabaqcıl stels texnologiyaları ilə təchiz edilib və B-2 “Spirit” strateji bombardmançısına bənzər “uçan qanad” dizaynına malikdir. RQ-180 haqqında məlumatlar məxfi saxlanılır, lakin bəzi məlumatlara görə, o, radioelektron kəşfiyyat üçün ən müasir sensorlar, elektron müşahidə sistemləri və yüksək keyfiyyətli kameralarla təchiz olunub.

Ehtimal edilir ki, RQ-180 2010-cu illərin ortalarında istismara verilib və ABŞ-nin kəşfiyyat agentlikləri tərəfindən istifadə olunur. Bu pilotsuz uçuş aparatı 18 000 metrdən yüksək hündürlükdə uçur və missiyadan asılı olaraq 24 saatdan artıq havada qala bilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yunanıstan   ABŞ   PUA  


Bizi "telegram"da izləyin