İranın ali rəhbərinin müşaviri: “Amerikalılar uzunmüddətli müharibə aparmaq qabiliyyətinə malik deyil”

2026/04/1776318318.jpg
Oxunub: 386     09:41     16 Aprel 2026    
İranın ali rəhbərinin müşaviri Möhsən Rezai bildirib ki, ABŞ hazırda bölgəyə qüvvələr köçürür, halbuki atəşkəs hər hansı hərbi yerləşdirməni nəzərdə tutmur.

Ordu.az xəbər verir ki, bu barədə İran KİV-ləri məlumat yayıb.

“Amerikalılar uzunmüddətli müharibədən qorxurlar, lakin biz yox. Biz müharibəni davam etdirmək qabiliyyətindəyik və bu, ABŞ üçün qalan son variantdır.

Bu, mənim şəxsi fikrimdir və mən atəşkəsin davam etdirilməsi ilə qətiyyən razı deyiləm. Biz bütün gəmiləri batıracağıq və onların heç birinin ayrılmasına imkan verməyəcəyik”, - deyə o qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rezai   İran   ABŞ  


Bizi "telegram"da izləyin