Ordu.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Sanksiyalar İranın neft maqnatı Məhəmməd Hüseyn Şamxaninin şəbəkəsini hədəf alır. O, İranın təhlükəsizlik və nüvə siyasətində mühüm fiqur olan Əli Şamxaninin oğludur. Sonuncu 2026-cı il fevralın 28-də Tehrana endirilən ABŞ-İsrail zərbələri zamanı həlak olub.
ABŞ Maliyyə Nazirliyi həmçinin İran vətəndaşı Seyid Nəimeyə Bədrəddin Musəviyə qarşı da sanksiyalar tətbiq edib. O, “Hizbullah”ı maliyyələşdirməkdə ittiham olunur. Bundan əlavə, İran neftinin Venesuela qızılı qarşılığında satışı ilə əlaqəli olan üç şirkətə qarşı da sanksiyalar tətbiq edilib.
Sevinc Əliyeva
Ordu.az