“İsrail Livanda müharibəni davam etdirir və İranla müharibəyə yenidən başlamağa hazırdır” - Netanyahu

2026/04/1775628713.jpg
Oxunub: 386     09:10     16 Aprel 2026    
İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, İsrail İranla hərbi əməliyyatlara yenidən başlamağa hazırdır və Livanla davam edən danışıqlarla paralel olaraq “Hizbullah”a qarşı əməliyyatları davam etdirir.

Ordu.az xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

“ABŞ-nin müttəfiqlərimiz bizi İranla apardıqları danışıqlar barədə mütəmadi olaraq məlumatlandırır. ABŞ-nin və bizim məqsədlərimiz üst-üstə düşür. Biz istəyirik ki, zənginləşdirilmiş uran İrandan çıxarılsın, İran daxilində uranın zənginləşdirilməsi obyektləri aradan qaldırılsın. Və əlbəttə, əsas dəniz nəqliyyatı boğazlarının yenidən açılmasını istəyirik”, - deyə o qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Netanyahu   İsrail  


Bizi "telegram"da izləyin