“Reuters”: İran Hörmüz boğazı ilə bağlı ABŞ ilə danışıqlarda yeni təklif irəli sürə bilər

2026/04/1776194198.jpg
Oxunub: 347     09:05     16 Aprel 2026    
İran münaqişənin yenidən başlanmasının qarşısını almaq barədə razılaşma şərti ilə ABŞ ilə danışıqlar zamanı təqdim edilən təkliflər çərçivəsində Oman vasitəsilə Hörmüz boğazından gəmilərin hücum təhlükəsi olmadan sərbəst keçidinə icazə verilməsi məsələsini müzakirə edə bilər.

Ordu.az xəbər verir ki, bu barədə mənbə “Reuters”ə bildirib.

Qərb təhlükəsizlik strukturlarındakı mənbə qeyd edib ki, Oman ərazi suları vasitəsilə gəmilərin sərbəst keçidinə icazə verilməsi ilə bağlı təklif hələ hazırlanma mərhələsindədir, lakin Vaşinqtonun buna reaksiya verib-vermədiyi hələ məlum deyil.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ  


Bizi "telegram"da izləyin