İsrail və Livan liderləri bu gün danışıqlar aparacaq
Oxunub: 467
07:59
16 Aprel 2026
ABŞ Prezidenti Donald Tramp İsrail və Livan liderlərinin aprelin 16-da danışıqlar aparacağını bildirib.
Ordu.az xəbər verir ki, o, bu barədə "Truth Social"da yazıb.
"İki liderin sonuncu dəfə danışmasından xeyli vaxt keçib, daha dəqiq desək, 34 il keçib. Danışıqlar bu gün (16 aprel-Qeyd) baş verəcək. Əla", - deyə o yazıb.