NATO Ukraynaya milyardlarla dollarlıq yardım ayırmağı planlaşdırır

2025/11/1764172628.jpg
Oxunub: 636     22:48     15 Aprel 2026    
Şimali Atlantika Alyansı (NATO) 2026-cı ildə Ukraynaya 60 milyard dollar dəyərində hərbi yardım göstərməyi nəzərdə tutur.

Ordu.az xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rütte açıqlayıb.

Onun sözlərinə görə, Ukraynanın ehtiyac duyduğu dəstəyin təmin olunması vacibdir. Rütte bildirib ki, bütün müttəfiq ölkələr bu il təhlükəsizlik və müdafiə sahəsində 60 milyard dollarlıq məqsədə çatmaq üçün investisiyalarını artırmalıdır.

O qeyd edib ki, Kiyevə yardım indi əvvəlkindən daha böyük əhəmiyyət daşıyır. Baş katib əlavə edib ki, yük ağır olsa da, bu məsuliyyəti daşıyan ölkələrin sayı çox deyil.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rütte   NATO  


Bizi "telegram"da izləyin