"USA Today": Pentaqon gizli şəkildə Kubada mümkün əməliyyata hazırlaşır

2026/03/1772440794.jpg
Oxunub: 702     23:34     15 Aprel 2026    
Pentaqon Kubada mümkün hərbi əməliyyat üçün gizli hazırlıqlar aparır.

Ordu.az xəbər verir ki, bu barədə məlumatlı mənbələrə istinadən "USA Today" qəzeti xəbər dərc edib.

Qeyd olunub ki, Pentaqon ABŞ Prezidenti Donald Trampın müdaxilə əmri verəcəyi təqdirdə Kubada əməliyyat üçün gizli şəkildə hərbi planlar qurur.

Hətta ABŞ Prezidenti Donald Tramp Ağ Evin qarşısında jurnalistlərlə söhbətində bildirib ki, Vaşinqton İranla münaqişəni həll etdikdən sonra Kubaya "nəzər sala" bilər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pentaqon   ABŞ  


Bizi "telegram"da izləyin