Ordu.az xəbər verir ki, bu, Türkiyənin Dezinformasiya ilə Mübarizə Mərkəzinin (DMM) paylaşdığı məlumatda qeyd olunub.
"Sözügedən paylaşımlar ictimaiyyət arasında xaos yaratmağı, qurumları hədəf almağı və dövlətə olan etimadı zəiflətməyə hesablanan təxribatdır", - DMM-dən əlavə olunub.
Bildirilib ki, ictimai asayişi hədəf alaraq yalan məlumatlar yayan, dezinformasiya vasitəsilə xalqı kin və düşmənçiliyə sövq edən bu dairələrə qarşı hüquqi proseslər başladılıb:
"İctimaiyyətdən təxribatçı cəhdlərə qarşı yalnız rəsmi orqanlar tərəfindən verilən açıqlamaları nəzərə alması təkidlə xahiş olunur".
Qeyd edək ki, aprelin 14-də Şanlıurfada məktəbə silahlı hücum olub. Aprelin 15-də Kahramanmaraşdakı məktəbə hücum nəticəsində isə bir müəllim və səkkiz şagird ölüb.
Ordu.az