“Avropa artıq Avropa Komissiyasından Rusiyanın enerji resurslarından tam “imtina” planlarını təxirə salmağı xahiş edib” - Lavrov

2026/04/1776280377.jpg
Oxunub: 711     23:08     15 Aprel 2026    
Yaxın Şərqdəki böhran fonunda Avropa artıq Avropa Komissiyasından Rusiyanın enerji resurslarından tam “imtina” planlarını təxirə salmağı xahiş edib.

Ordu.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Çin səfəri zamanı bildirib.

O xəbərdarlıq edib ki, Avropa rus nefti və qazından imtina edərsə, başqa bir gücdən asılı vəziyyətə düşə bilər.

Lavrovun sözlərinə görə, ABŞ Rusiyanı cilovlama yükünü Avropanın üzərinə qoymaq istəyir ki, Çin istiqamətində fəaliyyət üçün özünü azad etsin.

Lavrov qeyd edib ki, Rusiya və Çin “Qərbin aqressiv avantüralarından” asılı olmamaq üçün bütün imkanlara malikdir.

O vurğulayıb ki, Rusiya ABŞ ilə Alyaska sammitində əldə olunan razılaşmalara sadiq qalır, “lakin Avropa elitası bu razılaşmaları və anlayışları bloklayır”.

Lavrov bildirib ki, Moskva həmişə Vaşinqtonla əlaqələrə və Ukrayna məsələsi üzrə danışıqların davam etdirilməsinə hazırdır.

Onun sözlərinə görə, Rusiya Pakistanda ABŞ ilə İran arasında danışıqların davam etdirilməsinin tərəfdarıdır.

Lavrov vurğulayıb ki, Rusiya həmçinin İranın zənginləşdirilmiş uranı məsələsinin tənzimlənməsində rol oynamağa hazırdır.

Rusiya XİN rəhbəri hesab edir ki, Avropa İttifaqı Serbiyanı Rusiyaya qarşı bufer zona kimi formalaşdırmağa çalışır.

O bildirib ki, Rusiya Kubaya neft tədarükü məsələsində kömək etməyə davam edəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avropa   Lavrov  


Bizi "telegram"da izləyin