“ABŞ İranın zənginləşdirilmiş uranını Rusiyaya ötürmək təklifini rədd edib” - Peskov

2025/04/1745917980.jpg
Oxunub: 708     23:04     15 Aprel 2026    
ABŞ İranın zənginləşdirilmiş uranının Rusiyaya ötürülməsi ilə bağlı Rusiyanın təklifini rədd edib. Rusiya Prezidenti Vladimir Putin isə bu təşəbbüsün müzakirəsinə qayıtmağa hazırdır.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “India Today”ə müsahibəsində bildirib.

Peskovun sözlərinə görə, Putin “kifayət qədər əvvəl” İrandan uranın Rusiyaya ötürülməsini təklif edib və bu, “kifayət qədər yaxşı həll” ola bilərdi.

“Lakin təəssüf ki, Amerika tərəfi bu təklifi rədd edib və o, artıq danışıqlar masasının üzərində deyil. Bununla belə, Prezident Putin ölkənin maraqları tələb edərsə, bu təşəbbüsün müzakirəsinə qayıtmağa hazırdır”, - deyə Kreml nümayəndəsi bildirib.

Peskov əlavə edib ki, İran özü Rusiyanın təklifi ilə razılaşıb. “Onların öz tələbləri, öz maraqları var. Buna görə də məsələ bütün maraqlı tərəflərin tələbləri və maraqlarının birləşdirilməsi, razılaşmaya nail olunması və Vaşinqtonun dediyi kimi, sazişin bağlanmasıdır”, - deyə o bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Peskov   ABŞ   İran  


Bizi "telegram"da izləyin