Ordu.az xəbər verir ki, şirkət bunun ABŞ-də ilk böyük istehlakçı tədbiri olduğunu və Amerika bazarındakı mövcudluğunu gücləndirmək baxımından mühüm addım hesab edildiyini bildirib.
Tədbirdə iştirak edən ziyarətçilər şirkətin idarə heyəti ilə tanış olmaq və “Tisas” məhsul portfelini yaxından araşdırmaq imkanı əldə edəcəklər.
Sərgidə “U.S. Army 1911A1”, iki sıralı 1911 variantları və PX9 seriyası daxil olmaqla müxtəlif platformalar nümayiş etdiriləcək.
Bundan əlavə, şirkət uzun müddətdir gözlənilən bir platformanı da yenidən təqdim edəcək. Doqquz illik fasilədən sonra “Regent” BR9 ABŞ bazarına qayıdır və bu model ilk dəfə NRA illik toplantısında iştirak edən ziyarətçilərə təqdim olunacaq.
“TİSAŞ Arms Corp USA” dilerləri, tərəfdaşları və istehlakçıları brend və onun gələcək vizyonu haqqında daha çox məlumat əldə etmək üçün 2257 nömrəli stendə dəvət edir.
Sevinc Əliyeva
Ordu.az