CNN: Vens yenidən ABŞ nümayəndə heyətinə İranla danışıqlarda rəhbərlik edə bilər

2026/04/1775556090.jpg
Oxunub: 435     22:03     15 Aprel 2026    
Tehranla məsləhətləşmələrin ikinci mərhələsində ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens, həmçinin Donald Trampın xüsusi nümayəndələri Stiv Uitkof və Cared Kuşner iştirak edəcəklər.

Ordu.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Onlar həftəsonu İslamabadda iranlı rəsmilərlə danışıqlar aparıblar.

Mənbələr CNN-ə bildiriblər ki, Tramp onlara müharibədən çıxış üçün diplomatik həll tapmağı tapşırıb və bu vəzifənin icrasını hələ də onlara etibar edir.

Məlumata görə, administrasiya rəsmiləri mümkün görüşün təfərrüatlarını müzakirə edirlər, lakin çərşənbə axşamı axşamına olan vəziyyətə görə onun baş tutub-tutmayacağı hələ məlum deyildi. Eyni zamanda, İran hələlik görüşün hazırlanması prosesinin getdiyini təsdiqləməyib, bu barədə BBC məlumat yayıb.

Daha əvvəl Donald Tramp “New York Post” qəzetinə müsahibəsində bildirmişdi ki, yaxın iki gün ərzində Pakistanda “nəsə baş verə bilər”.

“Gələcək danışıqlar müzakirə mərhələsindədir, lakin hazırda heç nə planlaşdırılmayıb”, - deyə amerikalı rəsmi CNN-ə bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Vens   ABŞ   İran  


Bizi "telegram"da izləyin