“Bloomberg”: ABŞ və İran atəşkəs rejiminin iki həftə uzadılmasını müzakirə edir

2025/12/1766336002.jpg
Oxunub: 612     21:30     15 Aprel 2026    
Vəziyyətlə tanış mənbənin sözlərinə görə, ABŞ və İran çərşənbə axşamı başa çatan atəşkəs rejiminin daha iki həftə uzadılmasını müzakirə edir. Məqsəd sülh danışıqları üçün daha çox vaxt qazanmaqdır.

Ordu.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Mənbə bildirib ki, vasitəçilər ən mübahisəli məsələlərin həlli üçün texniki danışıqlar təşkil etməyə çalışırlar. Bu məsələlərə Hörmüz boğazının yenidən açılması və İranda uranın zənginləşdirilməsi daxildir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran  


Bizi "telegram"da izləyin