Ordu.az xəbər verir ki, bu barədə “Axios”a iki amerikalı rəsmi məlumat verib.
Müharibə tərəfləri Pakistan, Misir və Türkiyənin vasitəçiliyi ilə aprelin 21-də atəşkəs müddəti başa çatana qədər qalan fikir ayrılıqlarını aradan qaldırmağa və razılığa gəlməyə çalışırlar.
ABŞ rəsmilərindən biri bildirib ki, prezident Trampın danışıqlar qrupu, vitse-prezident Vens, Ağ Evin xüsusi nümayəndəsi Stiv Uitkof və baş məsləhətçi Cared Kuşner çərşənbə axşamı iranlılar və vasitəçilərlə telefon danışıqlarını davam etdirib və layihə təklifləri mübadilə edib.
“Biz razılığa gəlmək istəyirik. Onların hökumətinin bir hissəsi də razılığa gəlmək istəyir. İndi məsələ həmin ölkənin bütün hökumətini razılığa gətirməkdir”, - deyə rəsmi bildirib.
Sevinc Əliyeva
Ordu.az