Ordu.az xəbər verir ki, bu barədə “Newsweek” yazır.
O, martın əvvəlində ABŞ-nin İrana qarşı “Epik Qəzəb” əməliyyatına başlamasından bir neçə gün sonra saxlanılıb. Çoxsaylı mükafatlar qazanmış 41 yaşlı jurnalist bir sıra media qurumlarında, o cümlədən “PBS Frontline”, “The New York Times” və “Al Jazeera”da çalışıb.
Hakimiyyət orqanları onu “saxta məlumat yaymaq və milli təhlükəsizliyə zərər vurmaqda” ittiham edib.
Həbsdən əvvəl onun son videolarından biri martın 2-də Küveytdə ABŞ qırıcı təyyarəsinin vurulmasına aid olub. Videoda təyyarənin Küveyt hava məkanında qəzaya uğraması əks olunub. ABŞ Silahlı Qüvvələri daha sonra bildirib ki, ABŞ-nin üç ədəd F-15E “Strike Eagle” qırıcı təyyarəsi “dost atəşi” nəticəsində vurulub. Ekipajın bütün altı üzvü təhlükəsiz şəkildə katapult edilib.
Jurnalisti 10 ilə qədər həbs cəzası gözləyir.
Sevinc Əliyeva
Ordu.az