Konyada yerli “Top Gun” açıldı: Silah Taktikalar Məktəbi fəaliyyətə başladı

2026/04/1776272069.jpg
Oxunub: 600     20:52     15 Aprel 2026    
Konyada 3-cü Əsas Reaktiv Aviasiya Baza Komandanlığının tərkibində yaradılan Silah Taktikalar Məktəb Komandanlığı keçirilən mərasimlə fəaliyyətə başlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Türkiyə Baş Qərargah rəisi ordu generalı Səlcuq Bayraktaroğlunun iştirakı ilə açılan mərkəz Türkiyə Hərbi Hava Qüvvələrinin yüksək səviyyəli pilot hazırlığı, müasir hava müharibəsi doktrinasının inkişafı və silah sistemlərinin effektiv istifadəsinə yönəlmiş kritik yerli “Top Gun” konsepsiyası kimi önə çıxır.

Bayraktaroğlu təlim çərçivəsində olduğu Konyadakı 3-cü Əsas Reaktiv Aviasiya Baza Komandanlığında Silah Taktikalar Məktəb Komandanlığının açılışını həyata keçirdi. Açılışa qoşun növlərinin komandanları da qatıldı.

Türkiyə Hərbi Hava Qüvvələri tərkibində yaradılan bu yeni struktur yüksək səviyyəli pilot hazırlığı və müasir hava döyüşü doktrinalarının inkişafı baxımından kritik mərkəz kimi önə çıxır. Ekspertlər sözügedən strukturu Türkiyənin yerli “Top Gun” konsepsiyası kimi qiymətləndirir.

TSQ heyəti Konyadakı 3-cü Əsas Reaktiv Aviasiya Baza Komandanlığında Silah Taktikalar Məktəb Komandanlığının açılışını həyata keçirib.

Məktəbdə döyüş pilotlarına “hava-hava” və “hava-yer” döyüş taktikaları öyrədilir, əməliyyat təcrübələri təhlil edilərək yeni müharibə konsepsiyaları hazırlanır. Həmçinin ağıllı sursat, dəqiq yönləndirmə sistemləri və radioelektron mübarizə elementlərinin ən effektiv istifadəsinə yönəlmiş ssenarilər sınaqdan keçirilir.

Bu xüsusiyyəti ilə mərkəz yalnız təlim müəssisəsi deyil, eyni zamanda taktika hazırlanması və əməliyyat təhlillərinin aparıldığı “hava müharibəsi laboratoriyası” xarakteri daşıyır.

Konyadakı struktur 132-ci Silah və Taktikalar Eskadrilyası ilə inteqrasiya olunmuş şəkildə fəaliyyət göstərir. NATO təlimlərində “aggressor” rolunu üzərinə götürən bu eskadrilya ilə birlikdə aparılan işlər təlim, sınaq və taktika inkişafı proseslərini bir çətir altında birləşdirir.

Konyada 3-cü Əsas Reaktiv Aviasiya Baza Komandanlığının tərkibində yaradılan Silah Taktikalar Məktəb Komandanlığı keçirilən mərasimlə fəaliyyətə başlayıb. Baş Qərargah rəisi ordu generalı Səlcuq Bayraktaroğlunun iştirakı ilə açılıb.

SOLOTÜRK-dən 15-ci ilə xüsusi iki təyyarəli nümayiş

Açılış proqramından sonra Bayraktaroğlu və onu müşayiət edən komandanlar Türkiyə Hərbi Hava Qüvvələrinin akrobatika qrupu SOLOTÜRK-ün 15-ci yaradılma ildönümü çərçivəsində həyata keçirdiyi xüsusi nümayiş uçuşunu izləyiblər.

İlk dəfə iki təyyarə ilə icra edilən nümayiş izləyənlərə vizual baxımdan diqqət çəkən anlar yaşadıb. Nümayişdən sonra uçuş zolağı başında təşkil edilən mərasimdə Bayraktaroğlu və qoşun növlərinin komandanları SOLOTÜRK komandası ilə birlikdə 15-ci il tortunu kəsib.

“Anadolu Ankası-2026” təlimi Konyada davam edir

Baş Qərargah rəisi ordu generalı Səlcuq Bayraktaroğlu, Hərbi Dəniz Qüvvələri komandanı admiral Ercüment Tatlıoğlu, Hərbi Hava Qüvvələri komandanı ordu generalı Ziya Cemal Kadıoğlu və Quru Qoşunları komandanı ordu generalı Metin Tokel ilə birlikdə Beynəlxalq “Anadolu Ankası-2026” Təliminin Xüsusi Müşahidəçi Günündə iştirak edib.

Təlimdə Türkiyə Silahlı Qüvvələri elementləri ilə yanaşı ABŞ, Azərbaycan, Polşa və Slovakiyadan ümumilikdə 25 qrup faktiki iştirak edib. Avstraliya, Belarus, Gürcüstan, Xorvatiya, Yaponiya, Qırğızıstan, Şimali Makedoniya, Latviya, Liviya, Malayziya, Misir, Özbəkistan, Pakistan və Oman isə müşahidəçi statusunda yer alıb.

Türkiyə Milli Müdafiə Nazirliyinin açıqlamasına görə, Beynəlxalq “Anadolu Ankası-2026” Təlimi 6-17 aprel tarixləri arasında Konyadakı 3-cü Əsas Reaktiv Aviasiya Baza Komandanlığında icra olunur.

Şəxsi heyətin xilasetmə əməliyyatı çərçivəsində təşkil edilən təlimin məqsədi komanda-nəzarət proseslərini sınaqdan keçirmək, inkişaf etdirmək və tapşırıq qüvvəsi elementlərinin əməliyyat qabiliyyətlərini artırmaq kimi açıqlanıb.

Təlimdə simulyasiya olunan vurulmuş pilotun xilas edilməsinə yönəlmiş ssenarilər tətbiq edilir. Helikopterlərlə bölgəyə intikal edən qüvvələr “sürətli halat” üsulu ilə əməliyyat sahəsinə enərək hədəfləri zərərsizləşdirir və pilotu təhlükəsiz şəkildə təxliyə edir. Hava elementləri isə tapşırıq müddətində yaxın hava dəstəyi və qoruma təmin edir.

Təlimin aprelin 17-nə qədər davam etməsi planlaşdırılır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Konya  


Bizi "telegram"da izləyin