Ordu.az xəbər verir ki, ASELSAN tərəfindən 2007-ci ildə imzalanan müqavilə ilə hazırlanmış “RaKAS” (Radar Qarışdırma və Aldatma Simulyatoru) sistemində ad dəyişikliyi edildiyi məlum olub.
Sözügedən sistemin KORAL 23-LT adlandırıldığı paylaşılan sənəddə yer alıb.
KORAL 23-LT
KORAL 23-LT sistemi quru, hava və dəniz platformalarında istifadə olunan radar, radioelektron mübarizə və rabitə sistem operatorlarının təlimlərində istifadə olunmaq üçün hazırlanmış taktiki sahə təlim sistemidir. Həm Radioelektron Dəstək (ED), həm də Radioelektron Hücum (ET) imkanları ilə radioelektron mübarizə düzəninin başa düşülməsini və analiz edilməsini təmin edir. ET imkanları ilə təhdid elementlərinin elektromaqnit spektrindən istifadəsinin azaldılması və ya qarşısının alınması üzrə təlimlərin keçirilməsini təmin edir.
Tək bir şelter daxilində birlikdə fəaliyyət göstərə bilən və RAKAS sistemini təşkil edən alt sistemlərin ümumi funksiyaları aşağıdakı kimidir:
RADED müasir radarlar da daxil olmaqla inventarda mövcud olan radar sistemlərinin aşkar edilməsi və tanınmasını həyata keçirən, bu radarlara qarşı ET tətbiqi üçün lazım olan parametrləri təmin edən və bu parametrləri ET sistemində istifadə üçün ötürən alt sistemdir.
RADSİM təhdid radar sistemlərinin elektromaqnit yayımlarının imitasiya edilməsini həyata keçirərək Radar ED sistem operatorlarına təlim keçilməsinə imkan verən alt sistemdir.
RETSİM əvvəlcədən müəyyən edilmiş və ya istifadəçi tərəfindən proqramlaşdırıla bilən elektron hücum texnikalarını tətbiq edərək radar operatorlarına Radioelektron Qarşı Tədbirlər (EKT) sahəsində təlim verilməsi üçün istifadə olunan alt sistemdir.
MEDSIS rabitə diapazonlarında aşkar etmə aparan, ET tətbiqi üçün lazım olan parametrləri təmin edən və bu parametrləri METSİM-ə ötürən alt sistemdir.
METSİM rabitə operatorlarına qarışdırma/aldatma şəraitində fəaliyyət üzrə təlimlərin keçirilməsinə, təhdid/hədəf rabitə sistemlərinə qarşı hazırlanmış qarışdırma və aldatma texnikalarının sahədə icra olunmasına imkan verən alt sistemdir.
SHTS (Stabilləşdirilmiş Hədəf İzləmə Sistemi), Stabilləşdirilmiş Yönləndirilə bilən Antena Platformasından (SYAP) və onun üzərində quraşdırılmış Hədəf İzləmə Sistemindən (TV-IR kamera) ibarətdir. SYAP üzərində yerləşən TV-IR sistemləri ilə yanaşı istiqamət təyin edən antenlərin, RADSİM və RETSİM antenalarının hədəfə yönəldilməsi və hədəfin izlənilməsi üçün istifadə olunur.
SHTS həmçinin kameralar vasitəsilə avtomatik hədəf izləmə qabiliyyətini də təqdim edir.
Bütün alt sistemlər bir vasitə üzərində yerləşdirilmişdir, generator və ehtiyatı isə ayrıca nəqliyyat vasitəsi ilə daşınır. Ehtiyaclara uyğun olaraq sistemin müxtəlif platformalara inteqrasiyası mümkündür.
Ümumi xüsusiyyətlər
Elektromaqnit spektrin idarə olunması
RF spektrində təhdid radioelektron mübarizə elementlərinin aldatılması və ya qarışdırılması
Tapşırıqdan əvvəl planlaşdırma və tapşırıqdan sonra analiz qabiliyyəti, taktiki sahə üçün uyğun quruluş
Tək mobil idarəetmə kabinəsində çoxfunksiyalı sistem quruluşu ilə əməliyyat imkanı
Ətraflı daxili cihaz testləri
Dəniz platformasında (gəmi helikopter meydançasında) və quru platformasında (6×6 nəqliyyat vasitəsi üzərində) istifadə
Radar radioelektron mübarizə imkanları
Radar ED və ET imkanları
Radar simulyasiyası həyata keçirmə qabiliyyəti
Optik sensorlar və ED infrastrukturu ilə taret hədəf izləmə qabiliyyəti (hərəkətli hədəfə kilidlənmə)
Rabitə radioelektron mübarizə imkanları
HF və V/UHF tezlik diapazonlarında effektiv Radioelektron Hücum (ET) qabiliyyəti
HF və V/UHF tezlik diapazonlarında yüksək dəqiqlikli Radioelektron Dəstək (ED) qabiliyyəti
Ətraf mühit şərtləri
İşləmə temperaturu: -30° / +50°C
Saxlama temperaturu: -30° / +60°C
Rütubət: 90% (kondensasiyasız)
Sevinc Əliyeva
Ordu.az