Ordu.az xəbər verir ki, yeddi illik müqavilə çərçivəsində həyata keçiriləcək proqramın ümumi dəyərinin 465 milyon dollara qədər çata biləcəyi bildirilib.
“L3Harris” proqramı dəstəkləmək üçün seçilən bir neçə şirkətdən biridir.
NOVA sistemi aşağı görmə şəraitində situasiya məlumatlılığını təmin etmək məqsədilə hazırlanmış, dəbilqəyə inteqrasiya olunan iki gözlü gecəgörmə cihazı kimi seçilir. Sistem görüntü gücləndirici texnologiyanı ehtiva edir.
Şirkətin açıqlamasına görə, sistem 20 ildən artıq müddətdə əməliyyat tələblərinə cavab verəcək şəkildə hazırlanıb.
ABŞ Senatının Silahlı Xidmətlər Komitəsinin üzvü senator Cenn Şahin bu investisiyanın milli təhlükəsizliyi dəstəklədiyini və Nyu-Hempşir ştatında sənaye də daxil olmaqla iqtisadi faydalar yaratdığını bildirib.
“L3Harris” şirkətindən Brenna Beyker isə bildirib ki, şirkət qabiliyyət və xərc arasında balans yaradan yeni nəsil sistem hazırlamaq üçün ABŞ ordusu ilə birlikdə çalışır və istehsal mərhələsinə keçməyə hazırlaşır.
Bu yeni müqavilə “L3Harris”in hazırda həyata keçirdiyi Təkmilləşdirilmiş Gecəgörmə Eynəyi - Binokulyar (ENVG-B) kimi mövcud proqramlardakı rolunu daha da möhkəmləndirir. Şirkət bu günə qədər orduya 20 mindən çox ENVG-B vahidi təhvil verdiyini açıqlayıb.
Sevinc Əliyeva
Ordu.az