Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Nazirliyin sosial hesabında edilən paylaşımda qeyd olunub ki, “Göktürk-2B” peyki fəaliyyətə başladığı gündən etibarən 3 il ərzində Yer ətrafında 680 kilometr hündürlükdə 16 min 100 dövrə vuraraq metraltı ayırdetmə qabiliyyəti ilə 8 milyon 485 min kvadrat kilometr sahənin görüntüsünü əldə edib.
Paylaşımda bildirilib: “Zirvədən kosmosa 3 ildir fasiləsiz xidmət. Türkiyənin zirvəsi olan Ağrı dağına kosmosdan baxış. “Göktürk-2B” peykimizin 2023-cü il aprelin 15-də ABŞ-də yerləşən “Vandenberq” Kosmik Qüvvələr Bazasından buraxılışının 3-cü ilində Anadolunun ən yüksək nöqtəsini kosmosdan salamlayırıq. Hərbi Hava Qüvvələrinin Kosmik Komandanlığına bağlı Kəşfiyyat Peyk Tabor Komandanlığı şəxsi heyətinin idarə etdiyi peykimiz dünyanın dörd bir yanına uzanan fəaliyyət sahəsində kosmosdakı güclü varlığımızın simvolu olmağa davam edir. Göyün o tayında, vətənin izində”.
Paylaşımda həmçinin Ağrı dağının “Göktürk-2B” peyki tərəfindən çəkilmiş fotosu da yer alıb.

Sevinc Əliyeva
Ordu.az