Haluk Görgün MKE-nin investisiya və istehsal infrastrukturunu yerində incələyib

2026/04/1776268625.jpg
Oxunub: 601     19:48     15 Aprel 2026    
Türkiyə Müdafiə Sənatesi Komitəsinin (MSK) sədri Haluk Görgün “Makine ve Kimya Endüstrisi AŞ”nin (MKE) müxtəlif müəssisələrində həyata keçirilən investisiya, modernizasiya və istehsal infrastrukturuna yönəlmiş işləri yerində incələyib.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Komitədən verilən məlumata görə, səfər çərçivəsində istehsal infrastrukturundan AR-GE işlərinə qədər müxtəlif sahələrdə davam edən fəaliyyətlər qiymətləndirilib. Açıqlamada sahədə aparılan işlərin Türkiyənin müdafiə sənayesindəki istehsal gücünü, təchizat qabiliyyətini və strateji dayanıqlığını daha da irəli apardığı vurğulanıb.

MKE-nin ekosistemdəki rolu

Görgün səfərlə bağlı açıqlamasında bildirib ki, MKE malik olduğu köklü istehsal təcrübəsi ilə müdafiə sənayesi ekosistemində kritik rol oynamaqda davam edir, MSK ilə MKE arasındakı əməkdaşlıq təhlükəsizlik qüvvələrinin ehtiyaclarının qarşılanması və yerli müdafiə sənayesinin gücləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır.

MSK-nin əsas yanaşması

Görgün MSK-nin yanaşmasının aydın olduğunu qeyd edərək, təhlükəsizlik qüvvələrinin ehtiyac duyduğu sistemlərin ən doğru zamanda, yüksək etibarlılıqla və mümkün olan ən yüksək yerlilik nisbəti ilə qarşılanmasının əsas hədəf olduğunu bildirib.

İnvestisiyalar və istehsal qabiliyyəti

Görgün qeyd edib ki, MKE-nin həyata keçirdiyi investisiyalar da bu hədəfin mühüm hissəsidir, sahədə müşahidə edilən inkişaf Türkiyənin ehtiyaclara sürətlə cavab verə bilən, böhran dövrlərində istehsal çevikliyini qoruya bilən və beynəlxalq sahədə etibarlı həll tərəfdaşı ola bilən bir potensiala doğru irəlilədiyini göstərir.

İnsan resursu və institusional uğur

Görgün bildirib ki, müdafiə sənayesindəki uğur güclü insan resursunun, intizamlı iş anlayışının və institusional qətiyyətin ortaq məhsuludur: “MKE rəhbərliyini, mühəndislərimizi, texniklərimizi, fəhlələrimizi və sahədə zəhmət çəkən bütün əməkdaşlarımızı ürəkdən təbrik edirəm”.

Gələcək dövrün hədəfləri

Görgün bildirib ki, qarşıdakı dövrdə də MKE ilə həyata keçirilən layihələr qətiyyətlə davam etdiriləcək, müdafiə sənayesində istehsalın davamlılığı, texnoloji inkişaf və güclü infrastruktur hədəfləri istiqamətində atılan addımlar dəstəklənməkdə davam edəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Görgün   MKE  


Bizi "telegram"da izləyin