Popşoy: "Moldova 2027-ci ilin aprelində MDB-ni rəsmən tərk edəcək"

2026/04/1776252039.jpg
Oxunub: 359     14:45     15 Aprel 2026    
Moldova 2027-ci il aprelin 8-də Müstəqil Dövlətlər Birliyindən (MDB) rəsmi olaraq çıxacaq.

Ordu.az Moldova mediasına istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Mixay Popşoy bildirib.

Qərar təşkilatın Minskdəki katibliyinə 2026-cı il aprelin 8-də göndərilmiş rəsmi bildirişdən 12 ay keçdikdən sonra qüvvəyə minəcək.

"Müvafiq sazişlərin denonsasiyası elan edildikdən və aprelin 8-də rəsmi qəzetdə dərc olunduqdan sonra Minskdəki katibliyə bildiriş göndərildi və biz bildirişimizin alındığına dair təsdiq aldıq", - Popşoy deyib.

O vurğulayıb ki, formal baxımdan, beynəlxalq hüquqa uyğun olaraq, Moldova bildirişdən bir il sonra MDB-nin üzvü olmağı dayandıracaq. Bununla belə, onun sözlərinə görə, praktikada Kişinyovun təşkilatla münasibətləri artıq bir neçə ildir ki, faktiki olaraq yoxdur.

Daha əvvəl MDB-nin yaradılması haqqında sazişin, eləcə də müşayiətedici sənədlərin denonsasiyası barədə qərarlar Moldova Prezidenti Maya Sandu tərəfindən imzalanıb və aprelin 8-də rəsmi qəzetdə dərc edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Popşoy   Moldova  


Bizi "telegram"da izləyin