ABŞ-yə məxsus USS “Tripoli” universal desant gəmisi göyərtəsində 3,5 min dənizçi və dəniz piyadası olmaqla, Hörmüz boğazının blokadasında iştirak etməyə başlayıb.
Ordu.az xəbər verir ki, bu barədə CENTCOM məlumat yayıb.
Gəmidə yerləşdirilmiş F-35B “stealth” qırıcıları Ərəbistan dənizi üzərindən patrul uçuşları həyata keçirir.
Əməliyyatda ümumilikdə 12-dən çox hərbi gəmi, o cümlədən aviadaşıyıcı, raket esminesləri və desant gəmiləri, həmçinin 100-dən çox təyyarə və pilotsuz uçuş aparatı iştirak edir. Ümumi şəxsi heyətin sayı 10 mini keçir.
Sevinc Əliyeva
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
USS-Tripoli
F-35B
Hörmüz