“Baykar” K2 kamikadze PUA-sı avtonom sürü uçuş sınağını uğurla başa çatdırıb

2026/04/1776236330.jpg
Oxunub: 510     10:58     15 Aprel 2026    
“Baykar” tərəfindən milli və orijinal olaraq hazırlanmış öz sinfinin ən böyük kamikadze platforması olan K2 kamikadze pilotsuz uçuş aparatı avtonom sürü uçuşu və hava patrulu sıanqlarını uğurla tamamlayıb.

Ordu.az xəbər verir ki, “Baykar”ın hazırladığı K2 kamikadze pilotsuz uçuş aparatı avtonomiya, süni zəka və formasiya qabiliyyətlərini nümayiş etdirdiyi sınaqlarla sahəyə çıxarılıb.

Qabaqcıl süni zəka və avtonomluq alqoritmləri ilə təchiz olunan platforma 5 ədəd K2-nin iştirak etdiyi uçuş sıanqlarını uğurla icra edib.

Aparılan sınaq proseslərini “Baykar”ın İdarə Heyətinin sədri Selçuk Bayraktar sosial media hesabında paylaşıb.

Keşan Uçuş Təlim və Sınaq Mərkəzindən havaya qalxan 5 ədəd K2 kamikadze pilotsuz uçuş aparatı müxtəlif düzülüşlərlə formasiya uçuşu həyata keçirib. Sınaq ssenarilərində K2 platformaları süni zəka, sensor və proqram təminatı vasitəsilə sürüdəki digər hava vasitələrinə uyğun mövqe tutaraq, qrup daxilində yerlərini səhvsiz şəkildə qoruyub.

Avtonom sürü uçuş qabiliyyəti bir neçə pilotsuz uçuş aparatının insan müdaxiləsi olmadan sinxron hərəkət etməsinə və ortaq hədəflərə yönəlməsinə imkan verir. K2 kamikadze pilotsuz uçuş aparatı “Turan” və “Divar” formasiya kimi müxtəlif düzülüşləri də uğurla tətbiq edə bilir.

Bir neçə pilotsuz uçuş aparatının koordinasiyalı hərəkəti düşmənin hava hücumundan müdafiə sistemlərini aşmaq və hədəfləri çoxistiqamətli şəkildə zərərsizləşdirmək üçün kritik əhəmiyyət daşıyır. Bu qabiliyyət xüsusilə assimetrik müharibə ssenarilərində və sıx hava hücumundan müdafiə zonalarında əməliyyat çevikliyi yaradır.

Süni zəka dəstəkli qərarvermə mexanizmləri pilotsuz uçuş aparatlarının dinamik təhdid mühitində daha effektiv fəaliyyət göstərməsinə imkan verir.

AR-GE işlərinin növbəti mərhələsində platformanın sursatını hədəfə buraxdıqdan sonra bazaya geri qayıda bilən və yenidən istifadə imkanı yaradan versiyalarının hazırlanması planlaşdırılır.

Layihə ilə yüksək xərcli sursat istifadəsini minimuma endirərək, yüksək təsir gücünə malik və aşağı xərclə seriyalı istehsal edilə bilən platformaların sahəyə çıxarılması hədəflənir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Baykar   K2   PUA  


Bizi "telegram"da izləyin