"Hizbullah" İsrailin şimalına 30-a yaxın raket atıb

2024/08/1724303858.jpg
Oxunub: 374     10:34     15 Aprel 2026    
"Hizbullah" bu gün səhər Livandan İsrailin şimalındakı Qalileya bölgəsinə təxminən 30-a yaxın raket buraxıb.

Bu barədə Ordu.az İsrailin 12-ci telekanalına istinadən xəbər verir.

İsrail Müdafiə Ordusunun məlumatına görə, Livandan buraxılan üç raket ələ keçirilib, qalanları açıq əraziyə düşüb.

Atəş nəticəsində Manara və Kiryat-Şmona yaşayış məntəqələrində hava həyəcan siqnalı sirenləri işə düşüb.

Hazırda zərər çəkənlər barədə məlumat yoxdur.

Xatırladaq ki, aprelin 14-də Vaşinqtonda ABŞ-ın himayəsi altında Livan-İsrail təmaslarının ilkin raundu keçirilmişdi, burada atəşkəs sazişinə nail olmaq məqsədilə sülh danışıqlarının başlama tarixi müəyyən edilməli idi. Nümayəndə heyətlərinə Livanın və İsrailin ABŞ-dakı səfirləri Nada Hammad-Muavvad və Yexiel Layter rəhbərlik edirdilər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hizbullah   İsrail  


Bizi "telegram"da izləyin