Ordu.az xəbər verir ki, MQ-4C “Triton” kəşfiyyat pilotsuz uçuş aparatı 2026-cı il aprelin 9-da qəzaya uğrayıb.
Hadisə nəticəsində itki olmayıb, lakin əməliyyat təhlükəsizliyi səbəbindən qəzanın baş verdiyi yer açıqlanmır.
Məlumata görə, MQ-4C pilotsuz uçuş aparatının dəyəri təxminən 240 milyon dollar təşkil edir.
Bildirilib ki, həmin gün aparat Hörmüz boğazı üzərində uçarkən qəza siqnalı göndərib. Uçuşu davam etdirsə də, sonradan sistem nasazlıqları yaranıb. Daha sonra Bəhreynin şimalında qısa müddətdə 16 kilometrdən 3 kilometrə qədər eniş edib və transponderi sönüb.
Sevinc Əliyeva
Ordu.az