CENTCOM: Hörmüz boğazında blokadanın ilk 24 saatında heç bir gəmi keçməyib

2026/04/1776086982.jpg
Oxunub: 331     09:51     15 Aprel 2026    
ABŞ-nin tətbiq etdiyi Hörmüz boğazı blokadasının ilk 24 saatı ərzində İrana yönələn heç bir gəmi bu marşrutdan keçməyib.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) “X” sosial platformasında məlumat yayıb.

“İlk 24 saat ərzində heç bir gəmi blokadanı keçməyib. Altı ticarət gəmisi isə ABŞ qüvvələrinin tələbinə uyğun olaraq Oman körfəzinə geri dönərək İran limanlarına istiqamətlənib”, - deyə açıqlamada bildirilib.

Məlumata görə, blokadanın həyata keçirilməsində 10 mindən çox amerikalı hərbçi, onlarla gəmi və təyyarə iştirak edib. Eyni zamanda qeyd olunub ki, ABŞ məhdudiyyətləri yalnız İran limanlarına gedən və ya oradan çıxan gəmilərə şamil edilir.

“Mirror” nəşri daha əvvəl yazıb ki, ABŞ-nin müttəfiqləri olan Böyük Britaniya və Fransa bu blokadaya qarşı çıxıb. Nəşrin məlumatına görə, Hörmüz boğazının bağlanması nəticəsində yanacaq qiymətləri kəskin artıb. Qeyd edilib ki, bu boğazdan əvvəl dünya neftinin təxminən 20%-i daşınırdı.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hörmüz   CENTCOM  


Bizi "telegram"da izləyin