Si Cinpin: “Qlobal dəyişikliklər fonunda Rusiya-Çin əməkdaşlığı daha da əhəmiyyətlidir”

2025/09/1757041948.jpg
Oxunub: 343     09:48     15 Aprel 2026    
Çin Prezidenti Si Cinpin bildirib ki, dəyişən beynəlxalq vəziyyət şəraitində Rusiya və Çin arasında münasibətlər xüsusilə böyük əhəmiyyət kəsb edir.

Ordu.az xəbər verir ki, o, bu fikri Pekində Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə görüşü zamanı səsləndirib.

“Dəyişən beynəlxalq vəziyyət şəraitində Rusiya və Çin arasında əməkdaşlıq heç vaxt olmadığı qədər dəyərlidir”, - deyə Si Cinpin qeyd edib.

Onun sözlərinə görə, o və Rusiya Prezidenti Vladimir Putin “strateji yüksəklikdən” dialoq aparır və bu istiqamətdə fəaliyyəti davam etdirmək niyyətindədirlər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cinpin   Rusiya   Çin  


Bizi "telegram"da izləyin