“Fox News” aparıcısı: “ABŞ Prezidenti bildirib ki, İranla müharibə başa çatıb”

2026/03/Ekran-1774379066.jpg
Oxunub: 464     09:36     15 Aprel 2026    
“Fox News” telekanalının aparıcısı Maria Bartiromo ABŞ Prezidenti Donald Tramp ilə müsahibəsindən danışaraq onun İranla müharibənin başa çatdığını dediyini bildirib.

Ordu.az xəbər verir ki, bu barədə aparıcı açıqlama verib.

“Mən az əvvəl prezidentlə görüşdən çıxdım. Çox yaxşı müsahibə oldu. O, iqtisadiyyat, İranla müharibə, NATO barədə danışdı. Mən ona dedim ki, o, tez-tez bunun artıq keçmişdə qaldığını bildirir. Soruşdum: “Bitib?”. O dedi: “Bitib”, - deyə aparıcı qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran  


Bizi "telegram"da izləyin