"ABŞ NATO daxilindəki kursunu "çox ciddi" şəkildə nəzərdən keçirəcək" - Tramp

2026/04/1775629754.jpg
Oxunub: 430     06:56     13 Aprel 2026    
ABŞ Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) daxilində öz kursunun "çox ciddi" şəkildə nəzərdən keçirilməsini planlaşdırır.

Ordu.az-ın məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp deyib.

"Biz NATO-ya trilyonlarla dollar xərcləyirik ki, onların Rusiyaya qarşı əslində müdafiədə durmalarına kömək etsinlər. Fikir versəniz, biz Rusiyaya qarşı müdafiədə dayanırıq. Mən uzun müddətdir ki, bunun bir az gülünc olduğunu düşünürəm. Amma biz bu fəaliyyətə trilyonlarla dollar xərcləyirik. Və düşünürəm ki, bu, çox ciddi şəkildə nəzərdən keçiriləcək", - deyə o bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ  


Bizi "telegram"da izləyin