Tramp İran və Venesuela ilə bağlı mövqeyinə görə Papa XIV Leonu tənqid edib

2025/12/1765691743.jpg
Oxunub: 597     06:43     13 Aprel 2026    
ABŞ prezidenti Donald Tramp Papa XIV Leonu tənqid edib və bildirib ki, Roma Katolik Kilsəsinin rəhbəri “cinayət məsələsində zəifdir və xarici siyasət məsələsində dəhşətlidir”.

Ordu.az xəbər verir ki, ABŞ lideri bu paylaşımı “TruthSocial” sosial şəbəkəsində yerləşdirib.

Tramp yazıb ki, o, Papanın İran və Venesuela ilə bağlı mövqeyi ilə razı deyil. O qeyd edib ki, “İranın nüvə silahına sahib olmasını məqbul hesab edən” və ABŞ-nin Venesuelaya qarşı addımlarını tənqid edən bir Papa istəmir. Tramp həmçinin ABŞ administrasiyasına qarşı tənqidləri də rədd etdiyini bildirib.

Prezident qeyd edib ki, onun fikrincə, Ağ evdə baş verən hadisələr olmasaydı, XIV Leo hazırkı vəzifəsində olmazdı. O, Papaya “radikal solçulara yaltaqlanmağı dayandırmağa” və “kilsə rəhbəri kimi üzərinə düşən vəzifələrin icrasına diqqət yetirməyə” çağırış edib.


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Papa  


Bizi "telegram"da izləyin