ABŞ prezidenti: “İran nüvə proqramından imtina etməsə, zərbələri davam etdirəcəyəm”

2025/11/1763478706.jpg
Oxunub: 406     19:33     12 Aprel 2026    
“Əgər İran nüvə proqramından imtina etməsə, ona qarşı zərbələri davam etdirəcəyik”.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.

“Əgər İran nüvə proqramından imtina etməsə, mən onlara zərbələri davam etdirəcəyəm. İranı bir günə məhv edə bilərdim, onların elektrik enerjisini 10 il müddətinə kəsə bilərik”, - deyə Tramp bildirib.

O qeyd edib ki, İran danışıqlar masasını tərk etməyib və onun proqnozuna görə, Tehran geri qayıdaraq Vaşinqtonun istədiyi hər şeyi qəbul edəcək.

“Onlar danışıqlar masasını tərk etməyiblər. Proqnozlaşdırıram ki, geri dönəcək və bizə istədiyimiz hər şeyi verəcəklər. Mən hər şeyi istəyirəm. Mənə 90 faiz lazım deyil, 95 faiz də lazım deyil. Mənə hər şey lazımdır”, - deyə o vurğulayıb.

Trampın sözlərinə görə, Hörmüz boğazı Yaponiya üçün həyati əhəmiyyət daşıyır, çünki bu ölkənin neftinin təxminən 93 faizi həmin marşrutdan keçir. O əlavə edib ki, Cənubi Koreya da neftinin təxminən 45 faizini bu yolla alır.

ABŞ prezidenti bildirib ki, buna baxmayaraq, həmin ölkələr Vaşinqtona kifayət qədər dəstək göstərməyiblər. O xatırladıb ki, ABŞ-nin Yaponiyada təxminən 45 min, Cənubi Koreyada isə 50 minə yaxın hərbçisi var.

Tramp sonda qeyd edib ki, nəticədə benzin və neftin qiymətləri aşağı düşəcək, hərçənd bu proses dərhal baş verməyə bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   İran  


Bizi "telegram"da izləyin