Ordu.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.
Bildirilib ki, Zaporojyedə zərbə nəticəsində qaz çəni və YDM-nin inzibati binası yanıb.
Xarkov vilayətində Xarkov rayonunun Solonitsevka icmasındakı iki YDM atəşə tutulub. Həmin məntəqələrin birində bina dağılıb, təxminən 400 kv. metr sahədə yanğın baş verib və 10 ədəd texnika zərər görüb.
Digər məntəqədə hücum nəticəsində YDM-nin operator binası zədələnib.
Ordu.az