Vilayəti: Bu gün Hörmüzün açarı İranın əlindədir

2020/11/16055-1605587049.jpg
Oxunub: 353     19:09     12 Aprel 2026    
Bu gün Hörmüz boğazının açarı İranın əlindədir.

Ordu.az xəbər verir ki, bu barədə İranın Ali Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti "X" sosial şəbəkəsində bildirib.

İslamabadda Tehran və Vaşinqton arasındakı danışıqları şərh edərkən o vurğulayıb ki, İran diplomatiyasının əsas prinsipi İslam Respublikasının maraqlarının qorunmasıdır.

"Boğaz tarix boyu ölkəmizin sərhədlərinin qorunması simvolu olub, bu gün Hörmüz boğazının açarı bizim əlimizdədir", - Vilayəti qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Vilayəti   İran   Hörmüz  


Bizi "telegram"da izləyin