Ordu.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisinin rəhbəri Kirill Budanov "Novosti.LIVE"a şərhində bildirib.
Budanov qeyd edib ki, aprelin 11-də 182 ukraynalının qaytarılmasından sonra artıq növbəti mübadilə hazırlanır.
"Ümid edirəm ki, təxminən həftənin sonuna kimi daha bir mərhələ olacaq. Orada sırf bürokratik prosedurlar var idi", - o qeyd edib.
Xatırladaq ki, Ukrayna və Rusiya Pasxa bayramı ərəfəsində genişmiqyaslı hərbi əsir mübadiləsi həyata keçirib. Ukraynaya 175 hərbçi və 7 mülki şəxs qayıdıb.
Ordu.az