Ordu.az xəbər verir ki, bu barədə SVT ictimai yayımçısı məlumat yayıb.
Qeyd olunur ki, Rusiyadan İspaniyanın Las-Palmas şəhərinə istiqamət alan balker hazırda İstad yaxınlığında lövbər salıb.
"Bazar günü səhər saatlarında Sahil Mühafizəsi ekoloji cinayətlərdə şübhəli bilindiyi üçün İstad yaxınlığında gəmiyə qalxıb", - məlumatda bildirilir.
Pozuntularla bağlı ilkin araşdırmaya başlanılıb.
İlkin məlumatlara görə, gəmidən dənizə kömür tullantıları atılmış ola bilər. Bu isə İsveçin Ətraf mühitin mühafizəsi məcəlləsinin pozulması kimi qiymətləndirilir.
Ordu.az