“Reuters”: 10 ölkədən yalnız 3-ü Trampın yaratdığı Sülh Şurasına vəsait ayırıb

2026/04/1776002241.jpg
Oxunub: 416     17:54     12 Aprel 2026    
ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası Qəzza üçün vəd edilən 17 milyard dolların yalnız çox kiçik hissəsini alıb və bu, Trampın anklavın gələcəyi ilə bağlı planını irəli aparmasına mane olur.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.

Proqram anklavın genişmiqyaslı bərpasını nəzərdə tutur. Vəd edilən maliyyə vəsaitləri həmçinin Qəzza zolağının idarə olunması üçün yaradılmış Milli Komitənin fəaliyyətinin maliyyələşdirilməsinə yönəldilməli idi.

Mənbənin sözlərinə görə, vəsait ayıracağını vəd edən 10 ölkədən yalnız üçü BƏƏ, Mərakeş və ABŞ pul köçürüb.

Onun sözlərinə görə, hazırda 1 milyard dollardan az vəsait ayrılıb. Mənbə qeyd edib ki, İranla müharibə “hər şeyə təsir göstərib”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Sülh-Şurası  


Bizi "telegram"da izləyin