Kreml: Rusiya həmişə avropalıları qorxudub

2025/02/1739357267.jpg
Oxunub: 368     17:41     12 Aprel 2026    
Rusiya öz ölçüləri və gücü ilə həmişə avropalıları qorxudub və onlar üçün onu xəyali düşmən kimi istifadə etmək sərfəli və rahat olub.

Ordu.az xəbər verir ki, bu barədə Rusiyanın prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Belə yanaşma həmişə daxili siyasi məqsədlər üçün rahatdır”, - deyə Peskov qeyd edib.

Onun sözlərinə görə, Avropa iqtisadiyyatda verdiyi yanlış qərarları ideologiya ilə ört-basdır etməyə çalışır və bunu Rusiya Federasiyasının “cəhənnəmin məhsulu və Aİ üçün təhdid” olması iddiası ilə əsaslandırır.

“Rusiya alternativ bazarlardan həcmlər qalsaydı, qərb ölkələrinə qaz tədarük etməyə hazır olardı. Lakin onlar “çox iştahalıdır” və tədarük üçün çoxlu sayda sifariş təqdim edirlər”, - deyə Peskov bildirib.

O, həmçinin Aİ ölkələrinin Rusiya qazının satışı dayandırılsa belə, onu almaq üçün vasitə tapa biləcəyini də istisna etməyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kreml   Rusiya  


Bizi "telegram"da izləyin