Ordu.az xəbər verir ki, bu barədə Kremlin məlumatında deyilir.
Məlumata görə, tərəflər ikitərəfli əməkdaşlığın aktual məsələlərini, o cümlədən ticarət-iqtisadi sahəni müzakirə ediblər. Müxtəlif səviyyələrdə Rusiya-Belarus müttəfiqlik münasibətlərinin və sıx qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsinin davam etdirilməsinə qarşılıqlı hazır olduqlarını təsdiqləyiblər.
Qeyd edilib ki, həmçinin beynəlxalq gündəlikdə olan bir sıra mövzular üzrə fikir mübadiləsi aparılıb. Belarus Prezidentinin mətbuat xidməti bildirib ki, Lukaşenko və Putin Belarus-Rusiya-KXDR üçtərəfli formatında əməkdaşlıq məsələsinə də toxunublar.
Bildirilib ki, Belarus Prezidentinin Koreya Xalq Demokratik Respublikasına rəsmi səfərinin nəticələrinə əsasən əməkdaşlığın perspektiv istiqamətləri müəyyən edilib. Bugünkü söhbətdə üçtərəfli formatda bir sıra layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub. Lukaşenko Moskvada keçiriləcək Qələbə Günü paradında iştirakını təsdiqləyib.
Sevinc Əliyeva
Ordu.az