İsrail ordusu Livanın Bint-Cubeyl şəhərini mühasirəyə alıb

2026/04/1775994680.jpg
Oxunub: 413     15:49     12 Aprel 2026    
Livanın cənubundakı Bint-Cubeyl şəhəri əraizisində İsrail hərbçiləri ilə "Hizbullah" qruplaşması arasında şiddətli toqquşmalar baş verir.

Ordu.az bu barədə Livan KİV-ə istinadən xəbər verir.

Bildirilir ki, son günlər İsrail Müdafiə Ordusu (SAXAL) şəhəri "Hizbullah" silahlılarından və qruplaşmanın infrastrukturundan təmizləmək əməliyyatı çərçivəsində Bint-Cubeyli mühasirəyə alıb.

Bildirilir ki, İsrail qüvvələri şəhərin qalan məhəllələrinə doğru irəliləmək və onlar üzərində nəzarəti təmin etmək cəhdlərini davam etdirir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Livan  


Bizi "telegram"da izləyin