Ordu.az xəbər verir ki, bu barədə Ukraynanın İşğalın Tədqiqi Mərkəzinin rəhbəri Petro Andryuşçenkoya istinadən UNN məlumat yayıb.
“Düşmən texnikanı gizlətmədən hərəkət etdirir. Bundan əlavə, Mariupolda “Azovstal” yaxınlığındakı post körpüsündə iki mobil nəzarət məntəqəsi quraşdırılıb. Bu, hərbi karvanların keçidi öncəsi adi haldır. Biz müşahidəni davam etdiririk, - deyə Andryuşçenkonun paylaşımında qeyd olunub.
Daha əvvəl Petro Andryuşçenko bildirmişdi ki, Rusiya qüvvələri itkiləri kompensasiya etmək üçün gündə 65 vahidədək texnika göndərirlər. Şəxsi heyət Krım və işğal olunmuş Xerson vilayətindən Donetsk vilayətinin şimalına gətirilir.
Sevinc Əliyeva
Ordu.az