Ordu.az xəbər verir ki, bu barədə İranın “Fars” xəbər agentliyi danışıqlar aparan nümayəndə heyətinə yaxın mənbəyə istinadən məlumat yayıb.
Mənbə bildirib ki, ABŞ nümayəndə heyəti “danışıqlar masasından uzaqlaşmaq üçün bəhanə axtarırdı” və bu, Vaşinqtonun gözləntilərini azaltmağa hazır olmamasını göstərir.
Mənbənin sözlərinə görə, danışıqlar zamanı ABŞ hərbi əməliyyatlar zamanı əldə edə bilmədiyi güzəştləri tələb edib.
Daha əvvəl ABŞ-nin vitse-prezidenti Cey Di Vens bildirmişdi ki, Pakistanın paytaxtı İslamabadda İranla birbaşa danışıqlar “razılaşma əldə olunmadan” başa çatıb. “Biz artıq 21 saatdır bu məsələ üzərində işləyirik və iranlılarla bir sıra mühüm görüşlər keçirmişik. Bu, yaxşı xəbərdir. Pis xəbər isə ondan ibarətdir ki, biz razılığa gələ bilmədik. Düşünürəm ki, bu, ilk növbədə İran üçün pis xəbərdir, ABŞ üçün yox. Buna görə də biz ABŞ-yə razılaşma olmadan qayıdırıq”, - deyə o bildirib.
İran KİV-ləri daha əvvəl məlumat vermişdi ki, İslamabadda Tehran və Vaşinqton arasında danışıqlarda ümumi çərçivə sazişinin və razılaşmanın əldə olunmaması ABŞ-nin həddindən artıq tələbləri ilə bağlı olub.
Sevinc Əliyeva
Ordu.az