Ermənistan prezidenti Avropa İttifaqının missiyasının yeni təyin olunmuş rəhbəri ilə görüşüb

2026/04/1775059346.jpg
Oxunub: 409     20:03     01 Aprel 2026    
Ermənistan prezidenti Vahaqn Xaçatryan Avropa İttifaqının missiyasının yeni təyin olunmuş rəhbəri Satu Koyvu ilə görüşüb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, tərəflər görüş zamanı Avropa İttifaqının müşahidə missiyasının rolunu və regionda sülhün möhkəmləndirilməsi istiqamətində atılan addımları yüksək qiymətləndiriblər.

Həmçinin qeyd olunub ki, missiyanın fəaliyyəti sərhəd bölgələrində yaşayan sakinlər üçün vacibdir və sülh prosesinin uğurla başa çatdırılması xüsusi əhəmiyyət daşıyır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan    


Bizi "telegram"da izləyin